“Səbail”in müdafiəçisi Şəhriyar Rəhimov futbolçu karyerasını bitirib
“Səbail” klubunun müdafiəçisi Şəhriyar Rəhimov futbolçu karyerasını bitirmək qərarına gəlib. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olub.

Ş.Rəhimov 2018/2019-cu, 2019/2020-ci və 2021/2022-ci illər mövsümündə komandanın heyətində çıxış edib. Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 307 dəfə oxundu.