Yekaterinburqda keçiriləcək “Universiada-2023”ün “Atletlər kəndi”nin bütün obyektləri gələn ilin aprelində istifadəyə veriləcək
Yekaterinburqda keçiriləcək “Universiada-2023”ün “Atletlər kəndi”nin bütün obyektləri gələn ilin aprelində istifadəyə veriləcək.

Bu barədə TASS informasiya agentliyində məlumat verilib. Məlumatda bildirilir ki, indiyədək obyektlərin 60 faizi hazırdır.

Qeyd edək ki, XXXII Ümumdünya Yay Universiadası avqustun 8-dən 19-dək Yekaterinburqda keçiriləcək. Yarış proqramına 18 idman növü daxildir.

Xatırladaq ki, 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilmiş analoji yarışda Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Xəbər 248 dəfə oxundu.