Şahmatçımız Abdulla Qədimbəyli Serbiyada beynəlxalq turnirdə iştirak edəcək
Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir start götürəcək.

Yarışda Azərbaycanı Abdulla Qədimbəyli təmsil edəcək. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq. Yarışda 24 şahmatçı iştirak edəcək ki, onlardan 9-u qrosmeysterdir.

Yarış fevralın 22-dək davam edəcək.

Xəbər 607 dəfə oxundu.