Azərbaycan yığmasının futzalçısı İspaniyanın “Palma” klubundan ayrılıb
Futzal üzrə Azərbaycan yığmasının hücumçusu Rafael Vilela İspaniyanın “Palma” klubundan ayrılıb.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Onun “Tümen”ə keçəmək üçün Rusiyaya tibbi müayinəyə getdiyi vurğulanıb.

Klub tərəfindən Vilelanın “Tümen”də həkim müayinəsindən keçmək üçün Rusiyaya getməsinə icazə verilib. Sözləşmənin xitam şərtləri ödəniləcək.

Xəbər 524 dəfə oxundu.