London olimpiadasının rekordları

Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsini təmsil edən 10820 idmançı 26 növdə və 39 proqramda 34 müxtəlif arenada 302 medal uğrunda mübarizə aparıb.
204 MOK-dan 85-i ən azı bir medal qazanıb. 54 ölkənin təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan idmançıları 2 qızıl, 2 gümüş və 6 bürünc medalla medalların əyarına görə 30-cü, sayına görə isə 24-cü yeri tutublar. Ölkəmiz bu nailiyyəti ilə, Avropa ölkələri arasında 15-ci, Keçmiş SSRİ respublikaları arasında 5-ci, türkdilli ölkələr arasında 2-ci, müsəlman dövlətləri arasında isə 3-cü olub.
Bəhreyn, Botsvana, Qabon, Qvatemala, Qrenada, Kipr və Çernoqoriya olimpiya oyunları tarixində ilk medallarını qazanıblar. Həm də Qrenadanın ilk olimpiya medalının əyarı qızıldır.
Olimpiya Oyunlarında 95 rekord müəyyən olunub. Onlardan 39-u dünya, 56-sı olimpiya rekordudur. Ən çox rekordu ABŞ idmançıları myəyyən ediblər. Onların hesabında 16 medal var. Bunlardan 6-sı dünya, 10-u olimpiya rekordudur. Çin idmançıları 15 rekordun (7 dünya və 8 olimpiya) rekordunun müəllifi olublar.
Rusiya 12 (4+8), Qazaxıstan 11 (4+7), Böyük Britaniya 8 (5+3), İtaliya 6 (2+4), Avstraliya 4 (1+3), Koreya Respublikası 3 (2+1), Koreya XDR 3 (1+2) dünya və olimpiya rekordunu yeniləyiblər. Bundan əlavə, Kuba, Macarıstan və Keniya idmançıları hərəsi 1 dünya, Fransa 2, Kolumbiya, Xorvatiya və Rumıniya təmsilçiləri hərəsi 1 olimpiya rekorduna imza atıblar.

Xəbər 1227 dəfə oxundu.