“Neftçi” klubu ölkə kuboku yarışında 75-ci səfər matçına çıxıb
“Neftçi” klubu Azərbaycan kuboku yarışında 75-ci səfər matçına çıxıb. Dörddəbir final mərhələsinin “Sabah”la cavab görüşündə 3:1 hesablı qələbə qazanan “Neftçi” 39-cu dəfə rəqib meydanında qalib gəlib.

Flaqman 18 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb.

“Neftçi”nin bu görüşdəki son qolunu vuran Ramon Maçado da tarixə düşüb. O, komandasının 100-cü səfər qolunun müəllifi olub.
Qeyd edək ki, “Neftçi” yubileyi rəsmiləşdirdiyi hər iki göstəricidə Azərbaycan rekordçusudur.

Xəbər 460 dəfə oxundu.