Badminton üzrə Bakı birinciliyinin ilk qalibləri müəyyənləşib | |
Bir saylı idman liseyində Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2012-ci il və daha kiçik (8-10) yaşlı, eləcə də 2010-2011-ci il təvəllüdlü idmançılar arasında paytaxt birinciliyi keçirilir. Ümumilikdə 180-ə yaxın badmintonçunun mübarizə apardığı turnirdə ilk olaraq 2012-ci il və daha kiçik (8-10) yaşlı iştirakçılar arasında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib. Şəxsi kateqoriyada Məhəmməd Hacızadə və Banu İbrahimli birinci olublar. Qoşa yarışlarda Hüseyn Hacılı - Məhəmməd Hacızadə və Bahar Validarvi – Məryəm Hacılı, qarışıq-qoşada isə Məhəmməd Hacızadə - Banu Validarvi qızıl medala sahib olublar. Sonda turnirin mükafatçıları diplom və medallarla təltif olunublar. Qeyd olunub ki, yarışa fevralın 17-də yekun vurulacaq. |
|
Xəbər 332 dəfə oxundu. |
|
|