“Qarabağ” klubu Azərbaycan kuboku yarışında 150-ci oyununu keçirib
Ağdamın “Qarabağ” klubu Azərbaycan kuboku yarışında 150-ci oyununu keçirib. Ağdam təmsilçisi yubiley matçına dörddəbir finalın cavab mərhələsində çıxıb. “Keşlə”nin qonağı olan “Qarabağ” 6:0 hesablı qələbə qazanıb.

1993-cü ildən kubok yarışında çıxış edən “Qarabağ” yarışda 150 və ya daha çox oyun keçirən ikinci komanda olub.

Ağdam təmsilçisi bu görüşlərdə 95 qələbə qazanıb, 29 heç-heçə edib və 26 dəfə uduzub. Evdə 73, səfərdə 68 matça çıxan komanda 9 dəfə neytral meydanda oynayıb.

Xəbər 477 dəfə oxundu.