Fərid Qayıbov Pekin Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızla görüşüb
Bu gün gənclər və idman naziri Fərid Qayıbov Pekin Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.

Pekin-2022-də Olimpiya komandamızın missiya rəhbəri Anar Bağırov idmançılar üçün yaradılmış şərait barədə məlumat verib. Sabah mübarizəyə qoşulacaq idmançımız Yekaterina Ryabovanın hazırlığı ilə maralanan Fərid Qayıbov ona uğurlar arzulayıb.

Xəbər 737 dəfə oxundu.