“Qarabağ” klubunun azarkeşləri Fransada “Marsel” ilə qarşılaşmanın biletlərini matç günü ala biləcəklər
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransada “Marsel” ilə “Qarabağ” komandaları arasında keçiriləcək ilk oyunda qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş biletlər matç günü satışa çıxarılacaq.

Qarşılaşmanı tribunadan izləmək istəyən azarkeşlər biletləri görüşün keçiriləcəyi “Velodrom” arenasında saat 17:00-dan 20:30-dək ayrılacaq kassadan ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. “Qarabağ” azarkeşləri üçün stadiona giriş 20-ci qapıdan olacaq.

Stadiona avtomobillə gələcək tamaşaçılar P3 parkinqindən istifadə edə bilərlər. Avtomobillərin parklanması üçün 22 yer ayrılıb.

“Marsel” – “Qarabağ” oyunu fevralın 17-də Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.

Xəbər 497 dəfə oxundu.