Pekin Olimpiadasında fiqurlu konkisürənlərin komanda yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilməyəcək
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Oyunlarında fiqurlu konkisürənlərin komanda yarışlarının qaliblərinin mükafatlandırılması mərasimini keçirməyəcək.

BOK bu qərarı 15 yaşlı rusiyalı fiqurlu konkisürən Kamila Valiyevanın dopinq testində “Trimetazidin” preparatının aşkar olunması ilə əlaqədar qəbul edib.

Rusiya Antidopinq Agentliyi bir qədər əvvəl K.Valiyevanın Qış Olimpiadasında iştirakına qadağa qoysa da, fevralın 9-da bu qadağanı ləğv edib. K.Valiyeva turnirdə iştirakını davam etdirir. Lakin BOK rusiyalı idmançının fərdi turnirdə də qalib gələcəyi təqdirdə, mükafatlandırma mərasiminin ləğv olunacağını bildirib.

Xəbər 371 dəfə oxundu.