“Arsenal” daha bir şok qərarla üzləşib
Robin van Persinin müqaviləsini yeniləməkdən imtina edərək “Mançester Yunayted”ə keməsindən sonra “Arsenal” daha bir şok qərarla üzləşib. London klubunun daha bir əsas üzvü müqavilə yeniləməkdən imtina edib.
Belə ki, Teo Valkott “Arsenal”la yeni anlaşma imzalamaq istəmir. 23 yaşlı ingilis ulduzun “Mançester Siti” və “Liverpul”un hədəfində olduğu deyilir. Çarəsiz qalan “Arsenal”ın onu 15 milyon funt-sterqlinqə satacağı gözlənilir.
Qeyd edək ki, Valkott 2006-cı ildən çıxış etdiyi “Arsenal”da 151 oyun keçirib və 26 qol vurub.

Xəbər 986 dəfə oxundu.