Şahmatçımız Serbiyada keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub
Serbiyanın Novi Sad şəhərində təşkil olunan beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli ikinci yeri tutub.

Şahmatçımız 9 turdan 5,5 xal toplayıb. Onunla eyni xalı yığan Ukrayna şahmatçısı Alexander Kovçan əlavə əmsallara görə birinci pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən yarışda 7-si qrosmeyster olmaqla, 16 şahmatçı iştirak edib.

Xəbər 584 dəfə oxundu.