Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli məlum olub.

Qarşılaşmalar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

19 fevral (şənbə)

15:00. “Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu

17:15. “Neftçi” – “Keşlə”
“Bakcell Arena”

20 fevral (bazar)

17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun “Qarabağ” – “Sumqayıt” görüşü 12 may tarixinə təxirə salınıb.

Xəbər 278 dəfə oxundu.