İkiqat dünya çempionu Səbuhi Quliyev növbəti döyüşünü keçirəcək
Fevralın 26-da Moskvada MMA Series liqasının 49-cu turniri təşkil olunacaq. Turnirdə MMA (WMMAF) üzrə ikiqat dünya və Avrasiya çempionu Səbuhi Quliyev növbəti döyüşünü keçirəcək.

İdmançımızın rəqibi yerli döyüşçü Aleksander Lunev olacaq. S.Quliyev bu döyüşdə "ASED Fighting Championsip"in (AFC ASED) komandasını təmsil edəcək.

Bu döyüş MMA Series liqanın 65,8 kiloqram çəki dərəcəsindəki Qran-Prisinin ilk mərhələsi olacaq. MMA döyüşçümüz bundan əvvəl ACB, Alash Pride və NFC kimi tanınmış liqalarda mübarizə aparıb.

Turnirdə S.Quliyev ilə yanaşı, digər həmyerlimiz Elvin Nəcəfov da gücünü sınayacaq. E.Nəcəfovun rəqibi Özbəkistan idmançısı İslam Kamoldinov olacaq.

Xəbər 284 dəfə oxundu.