Paytaxtımızda batut gimnastikası üzrə dünya kuboku yarışı davam edir
Paytaxtımızda batut gimnastikası üzrə dünya kuboku yarışı davam edir. Milli Gimnastika Arenasında keçirilən yarışda 14 ölkədən 63 idmançı iştirak edir.

Turnirin ikinci günündə - fevralın 13-də kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək. Turnir Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında təşkil olunub.
Azərbaycan təmsilçisi Selcan Mahsudova təsnifat mərhələsində uğurla çıxış edərək finala vəsiqəni təmin edib.

Xatırladaq ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfədir təşkil olunur.

Kubok yarışında ən çox icra xalını yığmış gimnasta ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

İdmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə bilərlər.

Xəbər 276 dəfə oxundu.