Batutçumuz Selcan Mahsudova Bakıda keçirilən dünya kuboku yarışında gümüş medal qazanıb
Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışında gümüş medal qazanıb.

Gimnastımızın çıxışına hakimlər 52,780 xal veriblər.

Yarışın qalibi 53,900 xalla Rusiya idmançısı İrina Kundius olub. İlk üçlüyü italiyalı Corcia Giampieri (51,820 xal) tamamlayıb.
Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfədir təşkil olunur.

Qeyd edək ki, idmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə bilərlər.

Yarışlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçı iştirakı olmadan keçirilir.
Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnasta ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Xəbər 660 dəfə oxundu.