Dünya kuboku yarışında batut üzərində sinxron tullanış yarışlarına start verilib
Bakıda keçirilən dünya kuboku yarışında batut üzərində sinxron tullanış yarışlarına start verilib.

Kişilərin yarışında 8 cütlük, qadınların mübarizəsində isə 5 duet mübarizə aparacaq. Bütün cütlüklə fevralın 13-də keçiriləcək final mərhələsində yarışacaqlar.

İki gün davam edəcək yarışda 14 ölkədən 63 idmançı iştirak edir.
Dünya kuboku yarışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Xəbər 269 dəfə oxundu.