Daha bir cüdoçumuz açıq Avropa turnirində medal görüşünə çıxacaq
Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən cüdo üzrə açıq Avropa turnirində daha bir idmançımız medal uğrunda görüşə çıxacaq.

Turnirdə Azərbaycanı təmsil edən Ruslan Paşayev (66 kq) bürünc medal üçün mübarizə aparacaq. Bu mərhələdə onun rəqibi fransalı Robin Korrado olacaq.

Qeyd edək ki, cüdoçularımızdan Samir Piriyev və Turan Bayramov (60 kq) yarışın finalına vəsiqə qazanıblar.

Xatırladaq ki, yarışın birinci günündə 11 idmançımız mübarizə aparır.
Fevralın 13-dək davam edəcək yarışa 26 ölkədən 321 idmançı qatılıb.

Xəbər 299 dəfə oxundu.