“Bakı-2022”: Avropa çempionu rusiyalı Yana Lebedeva qadınların şəxsi yarışında liderliyi ələ alıb
Avropa çempionu rusiyalı Yana Lebedeva Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışında qadınların şəxsi mübarizəsində liderliyi ələ alıb.

Rusiyalı idmançının çıxışı 54,660 xalla qiymətləndirilib. Digər Rusiya təmsilçisi Aleksandra Bonartseva 52,750 xalla ikinci, belaruslu Katarina Yarşova 52,320 xalla üçüncü pillədə qərarlaşıb.

Hazırda qadınların şəxsi yarışında mübarizə davam edir.
İki gün davam edəcək yarışda ölkəmizi Selcan Mahsudova təmsil edəcək.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfədir təşkil olunur.

Qeyd edək ki, idmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə bilərlər.
Yarışlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Xəbər 426 dəfə oxundu.