Azərbaycan batutçusu Selcan Mahsudova dünya kuboku yarışının finalına yüksəlib
Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışında proqramını uğurla icra edib.

Gimnastımızın çıxışına hakimlər 53,100 xal veriblər. Qrupda digər idmançıları qabaqlayan batutçumuz finala vəsiqəni təmin edib.

Hazırda qadınların şəxsi yarışında mübarizə davam edir.
Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfədir təşkil olunur.

Qeyd edək ki, idmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə bilərlər.
Yarışlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnasta ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Xəbər 579 dəfə oxundu.