Azərbaycanın iki cüdoçusu açıq Avropa turnirinin finalında mübarizə aparacaqlar
Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa turniri davam edir.

Tunirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçularımız Samir Piriyev və komanda yoldaşı Turan Bayramov bütün rəqiblərini məğlub edərək finala yüksəliblər. Həlledici mərhələdə cüdoçularımız qızıl medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, bu gün – yarışın birinci günündə 11 idmançımız mübarizə aparır.

Fevralın 13-dək davam edəcək yarışda 26 ölkədən 321 idmançı iştirak edir.

Xəbər 473 dəfə oxundu.