Bu gün Azərbaycan kuboku yarışında dörddəbir final mərhələsinin növbəti cavab oyunu keçiriləcək | |
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin növbəti cavab oyunu keçiriləcək. “Neftçi” komandası “Sabah” klubunun qonağı olacaq. Masazırdakı “Bank Respublika Arena”da oynanılacaq görüş saat 16:00-da başlayacaq. Qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. “Bakcell Arena”dakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Səfər qolu qaydası ləğv olunduğundan, iki oyunun nəticəsinə əsasən, heç-heçə qeydə alınarsa, yarımfinala yüksələn komanda əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək. Qeyd edək ki, dörddəbir finalın digər iki cavab oyunu fevralın 13-də baş tutacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" isə "Zirə"ni qəbul edəcək. "Sabah" - "Neftçi" cütünün qalibi yarımfinalda "Səbail" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək. Ölkə kuboku yarışında ilk yarımfinalçı ötən gün səfərdə "Keşlə"ni 6:0 hesabı ilə məğlub edən "Qarabağ" olub. Ağdam komandası isə növbəti mərhələdə "Qəbələ" - "Sumqayıt" cütünün güclüsü ilə qarşılaşacaq. |
|
Xəbər 516 dəfə oxundu. |
|
|