Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidentini və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədrini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Rusiya Federasiyası Olimpiya Komitəsinin fəxri prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Vitali Smirnovu və Atıcılıq üzrə Avropa Konfederasiyasının sədri Vladimir Lisini qəbul etmişdir.
Görüşdə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlara toxunulmuş, beynəlxalq idman əməkdaşlığının genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən danışılmışdır. Azərbaycanda mütəmadi olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi və bu tədbirlərin yüksək səviyyədə təşkil edildiyi qeyd olunmuşdur.
Söhbət zamanı Azərbaycanın Beynəlxalq Olimpiya hərəkatında fəal iştirak etdiyi bildirilmiş, ölkəmizin bu sahədə əldə etdiyi uğurların əhəmiyyəti vurğulanmışdır.

AzərTAc
16.10.2010

Xəbər 1547 dəfə oxundu.