Azərbaycan cüdoçuları açıq Avropa turnirində mübarizəyə başlayırlar
Fevralın 12-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa turniri start götürür.

Turnirdə Azərbaycanın 17 cüdoçu təmsil edəcək. Kişilər arasında keçirilən yarışda Samir Piriyev, Turan Bayramov (60 kq), Ruslan Paşayev, Vaqif Tarverdiyev (66 kq), Qədir Hüseynov, Məmmədrza Hacızadə (73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli və Sabir İsayev (100 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Ramilə Əliyeva, Könül Əliyeva (48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq) güclərini sınayacaqlar.

Fevralın 13-dək davam edəcək turnirdə 26 ölkədən 321 idmançı iştirak edəcək.

Xəbər 448 dəfə oxundu.