Şahmatçımız Abdulla Qədimbəyli Serbiyada keçirilən beynəlxalq turnirdə daha bir heç-heçə edib
Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.

Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli növbəti – 7-ci turda yerli şahmatçı Andrej Ljepic ilə heç-heçə edib. Şahmatçımız ötən turların nəticəsinə görə, 4,5 xalla üçüncü pillədə qərarlaşıb. Turnir cədvəlində Ukrayna şahmatçısı Alexander Kovçan beş xalla liderliyini davam etdirir.

İsveçrə sistemi üzrə keçirilən turnir doqquz turdan ibarət olacaq. Yarışda yeddisi qrosmeyster olmaqla 16 şahmatçı iştirak edir.
Turnir fevralın 13-dək davam edəcək.

Xəbər 552 dəfə oxundu.