Azərbaycan təmsilçisi Selcan Mahsudova dünya kuboku yarışında ikinci qrupda mübarizə aparacaq
Bakıda keçirilən batut gimnastikası üzrə dünya kuboku yarışında Azərbaycan təmsilçisi Selcan Mahsudova ikinci qrupda mübarizə aparacaq.

Təmilçimiz qadın batutçuların təsnifat yarışında ABŞ təmsilçisi Maya Amano, hindistanlı Hareş Şraddha Qavade, İsveç idmançıları Lina Sjoeberq, Tilda Berq, türkiyəli Sıla Karakuş və italiyalı Corcia Giampieri ilə birgə finala vəsiqə uğrunda çıxış edəcək.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda beşinci dəfə təşkil olunur.

Qeyd edək ki, idmansevərlər batut ulduzlarının təqdimatında maraqlı mübarizəni “İdman TV” kanalı vasitəsilə canlı izləyə bilərlər.
Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Xəbər 267 dəfə oxundu.