Azərbaycan şahmatçıları beynəlxalq “Xəzər kuboku" turnirində iştirak edəcəklər
Sabah İranın Gilan əyalətinin Rəşt şəhərində beynəlxalq “Xəzər kuboku” şahmat turniri start götürəcək.

İran, Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistandan 27 şahmatçının iştirak edəcəyi güclü “Master-A” turnirində təmsilçimiz Azər Mirzəyev iştirak edəcək. Yarışın B, C, E, D turnirlərində isə Azərbaycanı müxtəlif yaş qruplarında 47 şahmatçı təmsil edəcək.

Yarış İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

Xəbər 627 dəfə oxundu.