Bəhreyn Qran-Prisi 2036-cı ilədək Formula 1 təqvimində qalacaq
Bəhreyn Qran-Prisi 2036-cı ilədək Formula 1-in təqvimində qalacaq.

Formula 1-in prezidenti və baş direktoru Stefano Domenikali 2036-cı ilədək Bəhreyn Qran-Prisinin yarış təqvimində qalacağına şad olduğunu bildirib. O, qeyd edib ki, Bəhreyn Yaxın Şərqdə Formula 1-ə ev sahibliyi edən ilk ölkə olub və təqvimdə xüsusi yeri var.

Bəhreyn Qran-Prisinin promouterləri bu yaxınlarda avtodromun yenidən qurulmasını həyata keçirib, həmçinin perspektivli ekoloji proqram qəbul ediblər. Belə ki, bu proqram çərçivəsində xüsusilə yeni mövsümün qarşıdan gələn ilk mərhələsində istifadə olunacaq enerjinin 100 faizi bərpa olunan mənbələrdən əldə edilməlidir.

Xəbər 464 dəfə oxundu.