Təbriz Həsənov: “İrlandiya yığması bu il qarşılaşdığımız rəqiblər arasında ən güclüsü idi”
“İrlandiya yığması bu il qarşılaşdığımız rəqiblər arasında ən güclüsü idi”. Bu sözləri 17 yaşadək futbolçulardan ibarət İrlandiya və Azərbaycan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunu barədə danışan yığmamızın baş məşqçisi Təbriz Həsənov deyib.
Baş məşqçi böyükhesablı yenilginin səbəblərindən danışıb: “Oyunun əvvəlində penaltidən qol buraxmağımıza baxmayaraq, 70 dəqiqə başabaş mübarizə apardıq. Çox sürətli oyun oldu. Əldə etdiyimiz imkanlardan istifadə edə bilmədik. Rəqibin fiziki cəhətdən güclü olması isə son dəqiqələrdə qapımızdan daha iki qol buraxmağımıza səbəb oldu. Ümumilikdə, düşünürəm ki, hesab oyuna görə olmadı”.
Qeyd edək ki, oyun İrlandiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 840 dəfə oxundu.