Azərbaycan taekvondoçuları “Turkish Open” beynəlxalq turnirində mübarizə aparacaqlar
Fevralın 12-də Azərbaycanın qadın taekvondoçuları Antalyada keçiriləcək G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turnirdə mübarizəyə başlayırlar.

Komandamızı 8 qadın idmançı təmsil edəcək. Belə ki, qadınların yarışında Minayə Əkbərova, Sona Ağayeva (hər ikisi 46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova, Nuranə İbrahimova (hər ikisi 62 kq) və Fəridə Əzizova (67 kq) güclərini sınayacaqlar.

Fevralın 13-də kişi taekvondoçularımız mübarizəyə qoşulacaqlar. Kişilərin yarışında Bəhruz Quluzadə, Səyyad Dadaşov, Rahid Vəliyev (hər üçü 54 kq), Pərviz İsgəndərov, Yusif Qurbanov, Ruslan Seyidov (hər ikisi 58 kq), Qaşım Maqamedov, Əli Məmmədov, Qasım Aslanov, Xanoğlan Kərimov (hamısı 63 kq), Əbülfət Zülfüqarov, Samir Məhərrəmov, Yaşar Məmmədli (hər üçü 68 kq), Eltac Qafarov, Cavad Ağayev (hər ikisi 74 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Səid Quliyev (hamısı 80 kq), Milad Beiqi Harçeqani, Taleh Süleymanov (hər ikisi 87 kq), Radik İsayev və Xəyyam Ağayev (hər ikisi 87 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev, Elşad Məmmədov və Aygül Abdullayeva yarışı idarə edəcək ədalət təmsilçiləri arasında yer alacaqlar.

Xəbər 311 dəfə oxundu.