Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyi start götürür
Bu gün gənclər arasında boks üzrə Azərbaycan birinciliyi start götürür.

Boks Mərkəzində təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qatılacaq. Qaliblərin adına fevralın 16-da aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Xəbər 499 dəfə oxundu.