Cüdo üzrə açıq Avropa turnirində Azərbaycanı təmsil edəcək heyət müəyyənləşib
Fevralın 12-13-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa turnirində Azərbaycanı təmsil edəcək komandanın heyəti açıqlanıb.

Turnirdə Azərbaycanın 17 cüdoçusu iştirak edəcək. Belə ki, məşqçilər Mehman Əzizov və Elxan Rəcəblinin başçılıq etdiyi kişilərdən ibarət millidə Samir Piriyev, Turan Bayramov (60 kq), Ruslan Paşayev, Vaqif Tarverdiyev (66 kq), Qədir Hüseynov, Məmmədrza Hacızadə (73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (90 kq), Ruslan Nəsirli və Sabir İsayev (100 kq) yer alıblar.

Qadınlardan ibarət komandaya isə məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək. Qadınlar arasında keçiriləcək yarışlarda Ramilə Əliyeva, Könül Əliyeva (48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq) güclərini sınayacaqlar.

Açıq Avropa turnirinə 26 ölkədən 331 (197 kişi, 134 qadın) idmançı qatılacaq.

Xəbər 498 dəfə oxundu.