"Zirə" klubu heyətini nigeriyalı futbolçu ilə gücləndirib
Bakının "Zirə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi Ahmed Ayzaya ilə 1,5 illik müqavilə imzalayıb. Sözləşmənin müddəti sonradan daha bir il uzadıla bilər. Nigeriyalı yarımmüdafiəçi paytaxt təmsilçisinə azad agent kimi keçib.

Qeyd edək ki, 27 yaşlı oyunçu daha əvvəl Portuqaliyanın "Ribeyrao", "Oliveyrense", “Vilaverdense”, “Jil Visente”, “Varzim” və "Kovilya" klublarında çıxış edib.

Xəbər 416 dəfə oxundu.