Bu il Formula 1-də mövsüm öncəsi test yürüşləri altı gün davam edəcək
Bu il Formula 1-də mövsüm öncəsi test yürüşləri altı gün davam edəcək.

Komandalar fevralın 23-dən 25-dək Barselonada, martın 10-dan 12-dək isə Bəhreyndə çalışacaqlar. Eyni zamanda, Bəhreyndəki Sahir avtodromunda keçiriləcək test yürüşləri televiziyada canlı yayımlanacaq. Həmçinin testin sonuncu iki günündə tamaşaçılar yürüşü tribunalardan izləyə biləcəklər.

Martın 11-12-dəki test yürüşləri üçün biletlərin avtodromun rəsmi saytında satışına artıq başlanıb. Martın 1-dək Bəhreyn Qran-Prisinə bilet alanlar test yürüşlərini ödənişsiz izləyəcəklər.

Xəbər 273 dəfə oxundu.