AFFA “Neftçi” rəsmisini cəzalandırıb
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XV turunda qeydə alınan neqativ halları müzakirə edib.

Komitə “Neftçi” – “Qarabağ” matçı ilə bağlı da müvafiq qərarlar verib.

Görüşün 73-cü dəqiqəsində “Neftçi”nin meneceri Qədir Həsənov texniki zona qaydalarını pozaraq birbaşa qırmızı aldığı üçün 1 oyunluq cəzalanıb, klubunu 800 manat ziyana salıb.

“Qarabağ” isə azarkeşlərinin meydançaya kənar əşya atmaları səbəbindən 1600 manat cərimələnib.

Xəbər 437 dəfə oxundu.