Yeni cüdo hakimləri üçün seminar keçirilib
Fevralın 10-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə hakimlər kollektivinə yeni qoşulan 12 ədalət təmsilçisi üçün seminar təşkil olunub.

“Cüdo 2012” klubunun təlim-məşq mərkəzində təşkil olunan seminar federasiyanın hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər komitəsinin üzvü Arzu Acalova tərəfindən keçirilib.

Seminar zamanı iştirakçılara qaydalar barədə nəzəri məlumatların verilməsi ilə yanaşı, tatami üzərində də əyani olaraq izah edilib.

Hakimlər heyətinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə federasiya tərəfindən mütəmadi seminarların keçirilməsi planlaşdırılır.

Xəbər 290 dəfə oxundu.