Şahmatçımız Abdulla Qədimbəyli Serbiyada beynəlxalq turnirdə liderliyə yüksəlib
Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.

Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli turnirdə liderliyə yüksəlib. Belə ki, şahmatçımız 4 turun nəticəsinə görə, 3 xalla birinci pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq. Yarışda 16 şahmatçı iştirak edir ki, onlardan da 7-si qrosmeysterdir.

Turnir fevralın 13-dək davam edəcək.

Xəbər 255 dəfə oxundu.