Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində geriləyib
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sonuncu dəfə ötən ilin dekabrında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 1 pillə geriləyərək 1139 xalla 121-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1828 xalla Belçika millisi liderlik edir. Braziliya 1826 xalla ikinci, Fransa seçməsi isə 1786 xalla üçüncü pillədə yer alıblar.

Xəbər 320 dəfə oxundu.