Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV tərəfindən növbəti təyinat alıb
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.

E.Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Lokomotiv” (Rusiya) – “Zaksa” (Polşa) matçında baş hakim olaraq oyunu idarə edəcək. Görüşdə ikinci hakim funksiyasını serbiyalı Mirko Jankoviç yerinə yetirəcək.

Qarşılaşma fevralın 12-də Rusiyanın Novosibirsk şəhərində təşkil olunacaq.

Xəbər 285 dəfə oxundu.