Tayson Fyuri növbəti döyüşünü Dillian Uayta qarşı keçirə bilər
Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri növbəti döyüşünü aprelin 23-də həmyerlisi Dillian Uayta qarşı Londondakı “Uembli” stadionunda keçirə bilər.

Bu barədə “Boxingscene” portalı məlumat yayıb.

T.Fyuri sonuncu dəfə 2021-ci il oktyabrın 9-da Las-Veqasda amerikalı Deontey Uaylderlə qarşılaşıb və 11-ci raundda nokautla qalib gəlib.

Otuz üç yaşlı Fyurinin aktivində 31 qələbə və bir heç-heçə var. Onunla həmyaşıd olan Uayt isə karyerası ərzində 28 qələbə qazanıb, iki dəfə məğlub olub.

Xəbər 577 dəfə oxundu.