Sərbəst güləş üzrə Azərbaycan millisinin Yaşar Doğu xatirə turniri üçün heyəti açıqlanıb
Fevralın 24-27-də İstanbulda güləş üzrə Yaşar Doğu xatirə turniri keçiriləcək.

Mövsümün ilk reytinq xarakterli turnirində sərbəst güləş üzrə Azərbaycan milli komandası da mübarizə aparacaq.

Yığmamızın turnir üçün heyəti açıqlanıb. Turnirdə ölkəmizi İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Soslan Tigiyev (74 kq), Hacımurad Ömərov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (97 kq) təmsil edəcəklər.

Dünya çempionatınadək 4 reytinq xarakterli turnir keçiriləcək. Dünya birinciliyi sentyabrın 10-18-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.

Xəbər 263 dəfə oxundu.