“Zirə” klubu “Qarabağ”ın futbolçusunu icarəyə götürüb
Bakının “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi Rahil Məmmədovla müqavilə bağlayıb.

Müdafiəçi cari mövsümün sonunadək “Qarabağ”dan icarəyə götürülüb.

Qeyd edək ki, milli komandamızın da üzvü olan 26 yaşlı futbolçu daha əvvəl “Neftçi”, “Səbail” və “Qarabağ”da çıxış edib.

Xəbər 481 dəfə oxundu.