Milan Baroş “Espanyol”a gedir
Fathi Terimin “Qalatasaray”da saxlamaq istəmədiyi Milan Baroş karyerasını İspaniyanın “Espanyol” klubunda davam etdirə bilər. İspan klubu artıq çex futbolçu ilə danışıqlar apardıqlarını təsdiqləyib.
Klub rəsmilərindən biri açıqlamasında Baroşla maraqlandıqlarını bildirib. Lakin o, hələ danışıqların yekunlaşmadığını deyib.
Baroşla yanaşı, “Espanyol”un “Qalatasaray”da çıxış edən sabiq oyunçusu Albert Rieranı da geri qaytarmaq istədiyi deyilir. Lakin klub rəsmisi bu xəbəri təkzib edib. O, bildirib ki, Riera transfer siyahılarında yoxdu.
Qeyd edək ki, Çexiyanın “Banik”, “İngiltərənin “Liverpul”, “Aston Villa”, “Portsmut”ö. Fransanın “Olimpik” (Lion) klublarında çıxış etmiş Baroş 2008-ci ildən forma geyindiyi “Qalatasaray”da meydana çıxdığı 93 oyunda 48 qola imza atıb. Riera isə ötən ildən “Cim-Bom”un formasını geyinir və 30 oyunda 1 qola imza atıb. O, 2005-2008-ci illərdə “Espanyol”da çıxış edib və 72 oyunda 8 qol vurub. Riera bundan başqa İspaniyanın “Malyorka”, Fransanın “Bordo”, Yunanıstanın “Olimpiakos”, İngiltərənin “Mançester Siti” və “Liverpul” klublarında top qovub.

Xəbər 976 dəfə oxundu.