Şahmatçımız Abdulla Qədimbəyli Serbiyada uğurlu çıxışını davam etdirir
Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.

Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli ilk iki turdan 1,5 xal toplayıb. O, bu nəticə ilə üçüncü pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq. Yarışda 16 şahmatçı iştirak edir ki, onlardan da 7-si qrosmeysterdir.

Turnir fevralın 13-dək davam edəcək.

Xəbər 261 dəfə oxundu.