Azərbaycanın veteran məşqçisi dünyasını dəyişib
Azərbaycanın bədii gimnastika üzrə əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nina Hacıbəylinskaya ömrünün 95-ci ilində vəfat edib.

Nina Fyodorovna 1927-ci ildə Bakıda anadan olub. O, Azərbaycanın bədii gimnastika üzrə SSRİ idman ustası, SSRİ çempionatının bürünc medalçısı, Ümumittifaq dərəcəli hakimi olmuş, yeniyetmələr, gənclər və böyüklər üzrə yığma komandaların baş məşqçisi kimi fəaliyyət göstərib.

Veteran məşqçinin əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Xəbər 398 dəfə oxundu.