Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq turniri keçiriləcək
Fevralın 12-də Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq turniri keçiriləcək.

Yarışda uşaq, yeniyetmə və gənclər iştirak edəcəklər. Şağan Olimpiya İdman Kompleksində keçiriləcək yarış Xəzər Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Kikboksinq Federasiyası və “Vətən” kikboksinq klubunun təşkilatçılığı ilə baş tutacaq.

Turnir fevralın 13-də baş çatacaq.

Xəbər 330 dəfə oxundu.