“Qarabagh Game Center” və “MVP Sports” FIFA22 oyunu üzrə yeni turnir keçirəcəklər
“Qarabagh Game Center” və “MVP Sports” FIFA22 oyunu üzrə yeni turnir keçirmək barədə qərar qəbul edib. Fevralın 12-13-də baş tutacaq yarışın əsas məqsədi Azərbaycanda kiber idman sahəsinə marağı olan istedadlı gənclərə dəstək olmaq, geymerlərin təcrübəsini artırmaqdır.

Turnirin 1/64 seçim mərhələsi fevralın 12-də “Qarabagh Game Center”in Gənclik filialında baş tutacaq. Bütün oyunlar ev/səfər (2 oyun) sistemi ilə keçiriləcək. Günün sonunda 8 iştirakçı turnirin dörddəbir final mərhələsinə vəsiqə qazanacaq.

İkinci oyun günü - fevralın 13-də turnirin pley-off görüşləri keçiriləcək. Yarışın ümumi mükafat fondu min manat təşkil edir. Qalib geymer 400 manat qazanacaq.

Xəbər 3139 dəfə oxundu.