Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

XV turun “Neftçi” – “Qarabağ” oyununu 3500 tamaşaçı izləyib. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdəki tamaşaçı sayı cari çempionat üçün ən yüksək rəqəmdir.

“Bakcell Arena”dakı oyunadək də rekord eyni komandaların eyni stadiondakı matçına məxsus idi. Həmin vaxt da indiki nəticənin qeydə alındığı üçüncü turun oyununu 3300 tamaşaçı izləyib.

Qeyd edək ki, tamaşaçı sayında mövsümün üçüncü göstəricisi VI tura təsadüf edib. “Qarabağ”ın “Qəbələ” ilə oyununu (2:0) 1600 izləyici seyr edib.

Xəbər 291 dəfə oxundu.