Bu gün “Badamlı Azərbaycan kuboku” yarışının səkkizdəbir final mərhələsinin püşkü atılacaq
Bu gün Bakı İdman Sarayında futzal üzrə “Badamlı Azərbaycan kuboku” yarışının səkkizdəbir final mərhələsinin püşkü atılacaq.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, səkkizdəbir finalda “Araz-Naxçıvan”, EKOL, “Baku Fire”, “Neftçi”, “Alyans”, “Xilə”, “Record club.az”, U-19, “Forza Neftçi”, “Advokat”, “Atletiko Baku”, “Alyans Qrup”, “Bibi-Heybət”, İSMA, “STAR kargo-2” və “Baker Tilly” komandaları iştirak edəcəklər.

Bu mərhələnin oyunları fevralın 19-da və 20-də keçiriləcək.

Xəbər 251 dəfə oxundu.